Süleyman Soylu Türkiyədəki PKK terrorçularının sayı barədə məlumat verib

Daxili İşlər naziri Süleyman Soylu Türkiyənin bölücü terror təşkilatı PKK-lı terrorçu sayının 320-dən az olduğunu bildirib.

1554097
Süleyman Soylu Türkiyədəki PKK terrorçularının sayı barədə məlumat verib

Daxili İşlər naziri Süleyman Soylu Türkiyədə bölücü terror təşkilatı PKK-lı terrorçu sayının 320-dən az olduğunu bildirib. 

Nazir Soylu yığıncaqda etdiyi çıxışda cari ilin dünyanı şoka salan yeni növ koronavirus epidemiyası, zəlzələ və daşqın fəlakətlərilə başa çatdığını, Türkiyənin bu çətinliklərin öhdəsindən gəlməyə cəhd göstərdiyini vurğulayıb.

Türkiyənin hazırda terrorla mübarizədə  tarixində olmadığı qədər uğurlu olduğunu ifadə edən Soylu "Sadəcə illik iştirakçı sayı 5 min 558 olan PKK-nın hazırda Türkiyədəki kadrı 320 üzvdən aşağıdır" deyib.

Türkiyənin kiber təhlükəsizlikdə də dünyanın ən iddialı ölkələrindən biri olduğunun vurğulayan nazir 15 iyul (2016 Fetullahçı Terror Təşkilatı) çevriliş cəhdi əvvəlində ildə 45 min rəqəmsal materialın tədqiq edilməsilə müqayisədə cari il bu rəqəmin 350 min səviyyəsinə çıxdığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr