Türkiyə Pakistana başsağlığı verib

Türkiyə Pakistana Belucistandakı terror hücumları ilə Gilgit-Baltistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

1552865
Türkiyə Pakistana başsağlığı verib

Türkiyə Pakistana Belucistandakı terror hücumları ilə Gilgit-Baltistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki hərbiləşdirilmiş Sərhəd Korpusunun postuna terrorçular tərəfindən edilən hücum və Gilgit-Baltistan bölgəsindəki helikopterin qəzaya uğraması nəticəsində Pakistan Silahlı Qüvvələrinin 11 hərbi qulluqçusunun həlak olmasından dərin kədər duyulmuşdur. 
Açıqlamada "Bəlucistandakı xain terror aktını qınayırıq. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin” ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr