Prezident Ərdoğan: "Türkiyə bütün məzlum və günahsızlara ümid verir"

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rəhbəri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup yığıncağında partiya üzvlərinə müraciət edib.

1550580
Prezident Ərdoğan: "Türkiyə bütün məzlum və günahsızlara ümid verir"

"Türkiyə bütün məzlumlara və günahsızlara ümid verir".

Bunu Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rəhbəri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup yığıncağında partiya üzvlərinə müraciətində deyib.

"Hazırda Türkiyə deyiləndə ağla ilk olaraq insanlıq, ədalət, heysiyyətli xarici siyasət gəlir" ifadələrini işlədən dövlət başçısı “Türkiyənin maraqlarını müdafiə etmək üçün lazım olanda bədəlini ödədik, çətinlik çəkdik, ancaq zalımlar qarşısında əsla baş əymədik. Bu gün Türkiyə deyiləndə ağla ilk olaraq insanlıq, ədalət, heysiyyətli xarici siyasət gəlir. Ölkəmiz prinsipal, qərarlı və vicdanlı siyasəti ilə Afrikadan Asiyayadək bütün məzlum və günahsızlara ümid verir. Ay-ulduzlu al bayrağımız millətimizin bütün dünyada zülmə qarşı dik duruşunu təmsil edir” deyib.

Ərdoğan vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağda 30 ildir göz yumulan işğalın sona çatdırılmasına töhfə verib: “ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk qrupu 30 ildir bu məsələni həll edə bilməyib və azərbaycanlı qardaşlarımızı öz torpaqlarından qaçqın vəziyyətinə salıblar. Sonda azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdilər və ərazilərinə qovuşdular".

“Qonşularımız başda olmaqla, heç kimin ərazisində və suverenliyində gözümüz yoxdur. Biz sadəcə ölkəmizin haqqına, hüququna, suverenliyə yönələn təhdidlərlə mübarizə aparırıq. Millətimizlə bərabər Kıbrıs və Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq” -deyə dövlət başçısı qeyd edib. 

Prezident Rəcəb Tayyib Ərdoğan "Avropa və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə əlaqələrimizi inkişaf etdirərkən Türk dünyası, Asiya, Latın Amerikası və Afrika ilə əlaqələrə heç vaxt laqeyd ola bilmərik. Ancaq bütün səylərimizə baxmayaraq, 2020-ci il Avropa və ABŞ ilə əlaqələrimizin süni gündəmlərlə sınandığı bir il oldu" ifadəsindən istifadə edib..

Dövlət başçısı Türkiyənin həm Şərqi Aralıq dənizi məsələsində, həm də (Rusiyadan satın alındı) S-400 sistemləri mövzusunda haqq etmədiyi ikili standartlar qarşılaşdığını bildirərək, "Yeni ildə ABŞ və Avropa ilə münasibətlərimizdə yeni bir səhifə açmaq istəyirik" deyib.



Әlaqәli Xәbәrlәr