Türkiyə dörd ölkədən uçuşları müvəqqəti dayandırıb

4 ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərar verilib.

1548786
Türkiyə dörd ölkədən uçuşları müvəqqəti dayandırıb

 4 ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərar verilib.

Bunu Səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində yazıb.

Nazir ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərarın verildiyini bildirib: "Prezidentimizin təlimatı, Nəqliyyat və İnfrastruktur Nazirliyimizin koordinasiyası ilə İngiltərə, Danimarka, Hollandiya və Cənubi Afrika Cümhuriyyətindən ölkəmizə olan uçuşların müvəqqəti dayandırılmasına qərar verilib".

Nazir Fahrettin Koca tədbirlər çərçivəsində hələ də yolda olan uçuşlar üçün bütün sərnişinlərə test və karantin qaydalarının tətbiq olunacağını da qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə aşkarlanan virusun mutasiyaya uğramış formasının Hollandiya, Danimarka və Avstraliyada da müşahide olunduğunu bildirmişdi. 



Әlaqәli Xәbәrlәr