Türkiyə Qarabağla bağlı Brüsselə sərt reaksiya verdi

Türkiyə Dağlıq Qarabağ mövzusunda Belçika Nümayəndələr Məclisinin ümumi iclasında qəbul edilən 1597 saylı qərarın həqiqətlərlə üst-üstə düşmədiyini bildirib.

1548174
Türkiyə Qarabağla bağlı Brüsselə sərt reaksiya verdi

Türkiyə Dağlıq Qarabağ mövzusunda Belçika Nümayəndələr Məclisinin ümumi iclasında qəbul edilən 1597 saylı qərarın həqiqətlərlə üst-üstə düşmədiyini bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Belçika Nümayəndələr Məclisində Dağlıq Qarabağ və 9 Dekabr Anım Günü mövzularında qəbul edilən 1597 və 923 saylı qərarlar barədəki suallara cavab verərək deyib:
"Qarabağla bağlı Belçika Nümayəndələr Məclisinin ümumi iclasında 1597 saylı qərar nə tarixi, nə hüquqi, nə də sahədəki həqiqətlərlə üst-üstə düşür. Türkiyə haqqında əsassız iddia və ittihamlar da əhatə edən qərarı rədd edirik. Bu qərarın Belçika Nümayəndələr Məclisinin, bəzi parlamentlərin birtərəfli erməni ritorikası üçün necə vasitə kimi istifadə edildiyi, daxili siyasətdə müəyyən dairələr üçün girov götürüldüyünün bariz nümunəsidir. Qərar Türkiyə-Belçika münasibətlərinə qatqı təmin etməyəcək, ayrıca regional sülh və sabitliyi təmin etmək səylərinə hər hansı xidməti olmayacaq. Bu cür qərarlar eyni zamanda Ermənistanın həqiqətləri qəbul etməsi prosesini ləngidərək, üzərinə düşən məsuliyyətləri üzərinə götürməkdən imtina etməyə təşviq edir. Digər tərəfdən, Belçika Nümayəndələr Məclisində 9 dekabr tarixinin soyqırımı qurbanlarının anım günü elan edilməsi qərarında 1915 hadisələrinə istinad edilməsi də Avropa İnsan Hüquqları Məhkəməsi qərarları başda olmaqla hüququn əsaslarına da ziddir ifadəsi yer alıb".  

Aksoy  Belçikadan gözləntilərinin sağlam düşünməsi və bu qərarlar çərçivəsində ikitərəfli münasibətlərə kölgə salacaq addımlar atmaqdan imtina etməsi olduğunu da bildirib.



Әlaqәli Xәbәrlәr