Çavuşoğlu və Akarın Ukrayna səfəri davam edir

Türkiyənin Krım Tatar Türk qardaşlarına hər sahədə dəstəyi davam edəcək. Bunu Xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

1547693
Çavuşoğlu və Akarın Ukrayna səfəri davam edir

Mövlud Çavuşoğlu və Milli Müdafiə Naziri Hulusi Akar, Ukraynada  həmkarlarının iştirakı ilə təşkil ediləcək “2+2” formaltı iclasda iştirak etmək və görüşlər keçirmək üzrə paytaxt Kiyevdə səfərdədir.

Akar və Çavuşoğlu səfər  çərçivəsində  Krım Tatar Türklərinin lideri və Ukrayna Parlamentinin millət vəkili Mustafa Abdülcəmil Kırımoğlu, Ukrayna Parlamenti millət vəkili və Türkiyə Dostluq Qrupu Başçısı Rüstəm Umerov, Ukrayna Millət vəkili Ahtem Çiygöz ilə bir araya gəlib.

 Çavuşoğlu Twitter hesabında yaydığı açıqlamada: “Krımın qanunsuz ilhaqını tanımayacağıq. Türkiyə həmişə Krım Tatar Türk qardaşlarının yanında olacaq”.

 



Әlaqәli Xәbәrlәr