Akar və Çavuşoğlu Ukraynaya səfərə gedir

Milli Müdafiə Naziri Hulusi Akar və Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ukraynaya gedir.

1547322
Akar və Çavuşoğlu Ukraynaya səfərə gedir

Xarici İşlər Nazirliyindən yayılan məlumata görə Akar və Çavuşoğlunun Ukraynaya səfəri zamanı 2+2 formatlı iclas keçiriləcək. Yığıncaqda təşkil edilməsi planlaşdırılan 9-cu Yüksək Səviyyəli Strateji Şura iclasına dair edilən hazırlıqlar və Sənaye layihələri müzakirə ediləcək. Nazirliyin açıqlamasında qeyd edilib ki, Çavuşoğlu Ukraynaya səfəri çərçivəsində Krım Tatar, Qaqauz və Ahıskalı cəmiyyətlərin nümayəndələri ilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr