Mövlud Çavuşoğlu Cavad Zəriflə telefonla danışıb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İranın XİN rəhbəri Cavad Zəriflə telefonla danışıb.

1544438
Mövlud Çavuşoğlu Cavad Zəriflə telefonla danışıb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İranın XİN rəhbəri Cavad Zəriflə telefonla danışıb.

Diplomatik qaynaqların məlumatına görə, telefon söhbətində İranda Türkiyə ilə bağlı yanlış anlaşılmadan və həqarətdoğurucu açıqlamalardan Türkiyə tərəfi təəssüf hissi keçirib və bu xoşagəlməzliklərlə bağlı irad bildirilib: “Qarabağla əlaqəli olduğunu düşündüyümüz bir şeir və İrana heç bir aidiyyətini sanmadığımız danışıqların bəhanə edilməsi və bu barədə başqa kanallar olduğu halda hörmətli dövlət başçımızın hədəf alınması, onun haqqında ağır açıqlamaların verilməsi qəbuledilməzdir. Bütün bunlar İran tərəfinin diqqətinə çatdırılıb.

Ən çətin günlərində Türkiyənin İranın yanında olmasının unudulması və son açıqlamalarında ağır ifadələrin işlədilməsinin Türkiyədə son dərəcə təəssüf hissi doğurduğu da telefon danışığında qeyd edilib”.

Qeyd edək ki, Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeir səbəbilə Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırmış və sərt qınama mesajı çatdırılmışdı.

İranın Xarici İşlər naziri Zərif də "Twitter" hesabından etdiyi paylaşımda Prezident Ərdoğanının oxuduğu şerin İranın torpaq bütövlüyünü hədəf aldığını iddia etmişdi. 



Әlaqәli Xәbәrlәr