“Ümid edirik ki, Türkmənistan ən qısa zamanda Türk Şurasına daxil olacaq”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanın “neytral ölkə” statusunu əldə etməsinin 25 ildönümünə həsr edilən konfransa videomesaj göndərib.

1544199
“Ümid edirik ki, Türkmənistan ən qısa zamanda Türk Şurasına daxil olacaq”

“Ümid edirik ki, Türkmənistan ən qısa zamanda Türk Şurasına daxil olacaq”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanın “neytral ölkə” statusunu əldə etməsinin 25 ildönümünə həsr edilən konfransa göndərdiyi videomesajında bildirib.

“Türkmənistanın Əfqanıstanda davamlı sülhə nail olunmasındakı rolundan və “Asiyanın Qəlbi” – İstanbul Prosesinə verdiyi töhfələrdən böyük məmnuniyyət duyuruq. Türkmənistanın həm Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlığını, həm də bu bölgə xaricində dövlət və beynəlxalq təşkilatlarla apardığı dialoqlarda aktiv iştirakını təqdir edirik”, - dövlət başçısı vurğulayıb.

Türkiyə ilə Türkmənistan arasındakı qardaşlıq əlaqələrinin uzun və köklü bir tarixə sahib olduğunu vurğulayan Ərdoğan bunları söyləyib:

"Qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlara əsaslanan bu münasibətlər siyasi, ticarət və iqtisadi, təhsil, mədəni və sosial sahələrdə inkişaf etdirildi və qorunub saxlanıldı. Bu sıx əməkdaşlığın hüquqi əsasını təşkil edən yüzdən çox müqavilə imzalanıb. İkitərəfli ticarət həcmimiz ilk 9 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.Türk şirkətləri, əziz qardaşım cənab Cənab Berdiməhəmmədovun bacarıqlı rəhbərliyi altında həyata keçirilən Türkmənistanın inkişaf addımına töhfə verir. Pandemiya başa çatandan sonra iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün fəaliyyətlərimizi davam etdirəcəyik".



Әlaqәli Xәbәrlәr