İranın Ankaradakı səfiri XİN-ə çağırılıb

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

1544188
İranın Ankaradakı səfiri XİN-ə çağırılıb

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfir Ferazmendə bildirilib ki, İranın Xarici İşlər naziri  Cavad Zərifin “Twitter” hesabında Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına yazdığı ittihamlar əsassız olduğu üçün tamamilə rədd edilir: “İranla Türkiyə arasında hər hansı bir mövzuda anlaşılmazlıq yaranarsa, bunu bildirəcək başqa vasitələr olacağı halda "Twitter" vasitəsilə açıqlanması da qəbuledilməzdir.  Bu cür davranış həm də İran və Türkiyə arasındakı əlaqələri pozmaq istəyənlərə fürsət vermək deməkdir”.

Bundan başqa İran Xarici İşlər Nazirliyi Prezident Rəcəb Tayyib Ərdoğanın srağa gün Azərbaycanın paytaxtı Bakıda oxuduğu şer səbəbindən Türkiyənin Tehrandakı səfiri Derya Örsü çağırmış və ona sərt şəkildə qınanmışdı.

İran Xarici İşlər naziri Zərif də "Twitter" hesabından etdiyi paylaşımda Prezident Ərdoğanın oxuduğu şerin İranın torpaq bütövlüyünü hədəf aldığını aldığını iddia etmişdi.



Әlaqәli Xәbәrlәr