Xarici İşlər naziri Mövlud Çavuşoğlu mərakeşli həmkarı ilə telefonla danışıb

Mövlud Çavuşoğlu, Əlcəzairin Xarici İşlər naziri Sabri Bukadum ilə də telefonla danışıb.

1543446
Xarici İşlər naziri Mövlud Çavuşoğlu  mərakeşli həmkarı ilə telefonla danışıb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsrail ilə diplomatik əlaqələr qurmaq mövzusunda razılığa gələn mərakeşli həmkarı Naser Buritaya bunun Fələstinin haqq davasının bahasına reallaşmasının əleyhinə olduqlarını bildirib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Çavuşoğlu mərakeşli həmkarı Burita ilə telefonla danışıb.

Çavuşoğlu telefon söhbətində həmkarı Buritaya hər ölkənin istədiyi ölkə ilə əlaqələr qura biləcəyini, ancaq bunun Fələstinin haqq davası  hesabına edilməsinin əleyhinə olduqlarını söyləyib.

Mövlud Çavuşoğlu, Əlcəzairin Xarici İşlər naziri Sabri Bukadum ilə də telefonla danışıb.
Həmin telefon danışığına dair məlumat verilməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Mərakeş və İsrailin tam diplomatik əlaqələr üçün razılığa gəldiklərini bildirib və Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyan bəyannamə imzalayıb.



Әlaqәli Xәbәrlәr