Türkiyə Azərbaycan ilə imzalanan səyahət prokotolundan böyük məmnuniyyət duyduğunu bildirdi

Türkiyə Azərbaycana  şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahətə imkan yaradan protokolun imzalanmasından böyük məmnuniyyət duyduğunu bildirib.

1543760
Türkiyə Azərbaycan ilə imzalanan səyahət prokotolundan böyük məmnuniyyət duyduğunu bildirdi

Türkiyə Azərbaycanla  şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahətə imkan yaradan protokolun imzalanmasından böyük məmnuniyyət duyduğunu bildirib.

 Xarici İşlər Nazirliyindən bildirilib: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə dekabrın 9-10-da dost və qardaş Azərbaycanda rəsmi səfərdə olub. Bu mənalı ziyarət çərçivəsində iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahətlərinə imkan yaradan protokolun imzalanmasından böyük məmnuniyyət duyuruq. Həmin sənədin imzalanması xalqlarımızın daha da yaxınlaşmasının önünü açacaq”.

Açıqlamada “Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanın ləğv edilməsindən sonra 2020-ci ilin fevralın 25-də iki ölkə vətəndaşlarının vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb. Cənab nazirimiz Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə dekabrın 10-u imzaladığı bu protokol ilə də iki ölkə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə Türkiyə və Azərbaycana qarşılıqlı olaraq səfər edə biləcəklər. Xalqlarımız arasındakı təması daha da artıracaq bu addım, eyni zamanda, Can Azərbaycan ilə münasibətlərimizin çatdığı səviyyəni göstərməsi baxımından əhəmiyyətlidir” deyə vurğulanıb.
nazirliyin açıqlamasında vurğulanıb.



Әlaqәli Xәbәrlәr