Yunanıstanın Türkiyə sularına itələdiyi qaçqınlar xilas edilib

Balıkesir vilayətinin Ayvalık qəsəbəsində Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizin ortasına atdığı 54 miqrantı Türkiyə Sahil Mühafizə Komandanlığı xilas edib.

1541236
Yunanıstanın Türkiyə sularına itələdiyi qaçqınlar xilas edilib

Balıkesir və İzmirdə Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizin ortasına atdığı 128 miqrantı Türkiyə Sahil Mühafizə Komandanlığı xilas edib.

Balıkesir vilayətinin Ayvalık qəsəbəsində Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizin ortasına atdığı 54 miqrantı Türkiyə Sahil Mühafizə Komandanlığı xilas edib.

Yunanıstanın Midilli adasına getmək istəyən bir qrup qaçqın Çıplak və Günəş adası sahillərində 2 rezin qayıqla dənizə üz tutub. 

Qaçqınlar Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyə sularına itələnib.  

Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyənin sularına itələnən qanunsuz miqrantların olduğuna dair məlumat əldə olunması nəticəsində bölgəyə Sahil Mühafizə Komandanlığı dəstələri cəlb olunub.

Rezin qayıqlardakı 54 qanunsuz miqrant xilas edilib. 

İzmir şəhərinin Çeşme qəsəbəsi Karaabdullah Burnu sahillərində də rezin qayıqda bir qrup qaçqın olduğuna dair məlumat əldə olunması nəticəsində bölgəyə Sahil Mühafizə Komandanlığı dəstələri cəlb olunub.

Sahil Mühafizə Komandanlığı dəstələri Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyə sularına itələnən 18 qaçqını xilas edib.

Sahil Mühafizə Komandanlığı dəstələri yenə Çeşme qəsəbəsinin Karaada sahillərində də sal içindəki 22 qaçqın xilas edilib. 

Foça qəsəbəsi Aslan Burnu sahillərində isə Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyə sularına itələnən 29 qaçqını xilas edib.



Әlaqәli Xәbәrlәr