Rəcəb Tayyib Ərdoğan jurnalistlərə əhəmiyyətli bəyanatlar verib

Türkiyə prezidenti yeni növ koronavirus əleyhinə hazırlanan peyvəndlə bağlı aparılan fəaliyyətləri qiymətləndirib.

1539712
Rəcəb Tayyib Ərdoğan jurnalistlərə əhəmiyyətli bəyanatlar verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırıb və yeni növ koronavirus əleyhinə hazırlanan peyvəndlə bağlı aparılan fəaliyyətləri qiymətləndirib.

Jurnalistin "Siz də peyvənd olunacaqsınızmı?" sualını cavablandıran Ərdoğan deyib:"Çindən başqa Rusiya ilə də danışıqlar aparılır. Peyvənd olunmaqla bağlı bir problemim yoxdur. Sağlamlığımız üçün lazım olan hər şeyi etməliyik. Əsas arzumuz vətəndaşlarımızı qorumaqdır". 



Әlaqәli Xәbәrlәr