Türkiyә Nigeriyada törәdilәn hücumu qınadı

Türkiyә terror tәşkilatı Boko Haram tәrәfindәn Nigeriyada törәdilәn hücumu qınadı.

1536458
Türkiyә Nigeriyada törәdilәn hücumu qınadı

 

Türkiyә terror tәşkilatı Boko Haram tәrәfindәn Nigeriyada törәdilәn hücumu qınadı.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Nigeriyanın Borno әyalәtinin Zabarmari qәsәbәsindә terror tәşkilatı Boko Haram tәrәfindәn törәdilәn hücum nәticәsindә 40-dan çox adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirib. Törәdilәn xain hücumu qınayırıq.Hücum nәticәsindә xәsarәt alanlara şәfa,  hәyatını itirәnlәrin ailәlәri ilә dost vә qardaş Nigeriya xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı dilәyirik’’.

2000-ci ilin әvvәlindәn etibarәn mövcudluğunu davam etirәn Boko Haram tәşkilatının 2009-cu ildәn bәri  törәtdiyi hücumlarda 20 mindәn çox adam hәyatını itirib.

Terror tәşkilatı 2015-ci ildәn etibarәn Kamerun, Çad vә Nigerdә dә hücumlar törәdir. Terror tәşkilatının Çad gölü hövzәsindә törәtdiyi hücumlar nәticәsindә 2 min nәfәr hәyatını itirib, tәxminәn 3 milyon adam da evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.



Әlaqәli Xәbәrlәr