"TRT World Forum" dünyadakı aktual mövzuları yenidən gündəmə gətirəcək

TRT-nin baş direktoru İbrahim Eren "TRT World Forumu"nda hər zaman olduğu kimi cari il də qlobal gündəmin nəbzini tutan mövzuları mübahisəyə çıxarmağı məqsəd götürdüklərini söyləyib.

1535404
"TRT World Forum" dünyadakı aktual mövzuları yenidən gündəmə gətirəcək

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) baş direktoru İbrahim Eren "TRT World Forumu"nda hər zaman olduğu kimi cari il də qlobal gündəmin nəbzini tutan mövzuları mübahisə etməyi məqsəd götürdüklərini söyləyib.
Eren cari il  "Pandemiyadan Sonra Dünyada Beynəlxalq Nizam və Dəyişən Dinamikalar" başlığı ilə 1-2 dekabr tarixlərində 4-cü dəfə "TRT World Forumu"nun layihəsini hazırladıqları ilk günlərdə insanı və vicdanı mərkəzdə saxlayan bir anlayışla qlobal problemlərə həll yolları təklif edən beynəlxalq bir müzakirə platforması olmağı hədəflədiklərini ifadə edərək, buna son 3 ildə gözləntilərinin çox üzərində nail olduqlarını dilə gətirib.
"TRT World Forumu 2020"-nin yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə onlayn keçiriləcəyini ifadə edən İbrahim Eren "Həmişə olduğu kimi, bu il də dünya gündəminin nəbzini tutan məsələləri müzakirə etməyi hədəfləyirik. Əsas mövzularımız arasında "Pandemiya dövründə yayım və medianın rolu", "qlobal sağlamlıq problemlərinə ümumi həll yolları", "iş və təhsil sektorunun gələcəyi" və bu dövrdə" humanitar yardım kimi mövzular forumda mübahisə olunacaq  əsas başlıqları təşkil edir" deyib.
Niyyət və hədəflərinin son dərəcə açıq olduğunu dilə gətirən TRT-nin baş direktoru Türkiyənin də daxil olduğu coğrafiya başda olmaqla dünya miqyasında bir müddətdir davam edən bir axtarış dövrünün davam etdiyinə işarə edib.
Eren özlərinin də bu axtarış prosesinə töhfə vermək istədiklərini, həll təkliflərinin, baş verənlərin dünyaya çatdırılmasında vasitəçi olmağı, fərqli fikirlərin mübahisə oluna bilməsinə zəmin yaratmağı məqsəd götürdüklərini vurğulayıb.
TRT-nin baş direktoru İbrahim Eren deyib ki, veb saytı üçün qeydiyyatdan keçən hər kəs cari il həm debatlara, həm paralel iclaslara, həm də  onlayn iclaslara qatıla biləcək. Həmin zamanda debatlarımız sosial media hesablarımızdan təqib edilə biləcək. Keçən il 2 mindən çox insanın qatıldığı "TRT World Forum" cari il daha çox virtual keçiriləcək tədbirdə daha izdihamlı iştirak gözləyir. TRT hazırda sahib olduğu cihazlar və fərqli perspektivlərlə qlobal səviyyədə təsirini göstərən bir markaya çevrilib. Həyata keçirdiyimiz layihə və məlumatlandırma kampaniyaları ilə Türkiyənin ictimai yayımçısı olaraq media vasitələrilə ictimaiyyəti maraqlandıran əsas məsələlərə diqqət çəkməyi, cəmiyyəti gücləndirməyi əhəmiyyətli bir məsuliyyət olaraq görürük. 
Eren TRT-nin beynəlxalq platformalardakı mövcudluğunu insanlığa, sülhə, rifaha və ədalətə xidmət edərək davam etdirməyə də əhəmiyyət verdiklərini deyib.



Әlaqәli Xәbәrlәr