Türkiyə və Qətər arasında Yüksək Strateji Şuranın iclası keçirilir

Türkiyə və Qətər arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əlaqələr çərçivəsində təşkil edilən Türkiyə-Qətər Yüksək Strateji Şuranın 6-cı iclası paytaxt Ankarada keçirilir.

1534948

İclas Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Taninin başçılığında keçirilək. İclasda iştirak etmək üçün Türkiyəyə gələn Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Beştepedə rəsmi bir mərasimlə qarşılanıb.
Mərasimdən sonra təkbətək görüş keçirən Ərdoğan və Al Tani daha sonra heyətlər arasında keçirilən toplantıda iştirak ediblər.
Görüşlərdən sonra iki ölkə arasında müxtəlif sahələrdə 10 saziş imzalanıb.

İmzalanma mərasimində həmçinin Xarici İşlər naziri Mövlud çavuşoğlu ilə Qətərin Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani "Türkiyə Cümhuriyyəti və Qətər dövləti arasında Yüksək Strateji Şurasının 6-cı iclasına dair birgə bəyanat" imzalanıb
Prezident Ərdoğan və Al Tani son 70 ayda 18-ci zirvə yığıncağını təşkil edərkən, bu vəziyyət iki ölkə arasındakı əlaqələr və dövlətlər arasındakı münasibətlər baxımından böyük məna kəsb edir.

Әlaqәli Xәbәrlәr