Milli Müdafiə Nazirliyi Türk ticarət gəmisində qanunsuz axtarışla bağlı bəyanat yayıb

Milli Müdafiə Nazirliyi Şərqi Aralıq dənizində Türk ticarət gəmisinin beynəlxalq hüquqa zidd olaraq dayandırılaraq axtarışı ilə əlaqədar açıqlama verib.

1533798
Milli Müdafiə Nazirliyi Türk ticarət gəmisində qanunsuz axtarışla bağlı bəyanat yayıb

Milli Müdafiə Nazirliyi Şərqi Aralıq dənizində Türk ticarət gəmisinin beynəlxalq hüquqa zidd olaraq dayandırılaraq axtarışı ilə əlaqədar açıqlama verib.
Milli Müdafiə Nazirliyinin açıqlamasında Türk bayraqlı "ROSELINE-A" ticarət gəmisinin 22 noyabr 2020-ci ildə açıq dənizdə dayandırılaraq axtarılması hadisəsinin ətraflı şəkildə tədqiq edildiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, bayraq dövləti (Türkiyə) və kapitanın razılığı olmasa da, alman firkateyninin silahlı və təchizatlı axtarış qrupu helikopterlə zorla gəmiyə daxil olub. Axtarışa Türkiyə Cümhuriyyəti dövlətinin icazə vermədiyi təkidlə bildirilib, vəziyyətə etiraz edilmişdir. Aparılan axtarış şübhəli vəziyyət olmadığı (gəminin yükünün un, yağ, tibbi avadanlıqlar, tikinti materiallar) səbəbilə  sona çatdırılmışdır. Beynəlxalq qanunun əksinə olaraq, Türkiyə Cümhuriyyətinin razılığı olmadan, haydut kimi gəmiyə daxil olunması və ekipajla cinayətkar kimi davranılması tamamilə hüquqa və əsaslara ziddir. Bundan əlavə olaraq qeyri-qanuni bir tətbiqin müttəfiq donanma tərəfindən edilməsi də ayrıca düşündürücüdür. Bu səhv tətbiqdə dənizdəki gəmilərə nəzarət edən əməliyyat komandanının qərəzli və emosional davrandığı aydındır. Bütün hüquqlarımız qorunur. Unutmamalıyıq ki, bu cür zorakılıq digər tətbiqetmələrə nümunə olacaqdır. Türkiyə Liviyadakı böhranın hərbi yolla deyil, siyasi dialoq yolu ilə həll edilə biləcəyini  böhranın başından bəridir müdafiə edir. Bu cür hadisələrin təkrarlanmaması üçün bölgədə sülhün və sabitliyin qorunması və lazımi əməkdaşlıq və koordinasiyanın artırılması istiqamətində çalışmağa hazırıq.



Әlaqәli Xәbәrlәr