Milli Kəşfiyyat İdarəsi İraqın şimalında əməliyyat həyata keçirib

Terror təşkilatı PKK/KCK -nın koordinatoru Dıhlaz ləqəbli Hizret Çalkın İraqın şimalında zərərsizləşdirilib.

1533460
Milli Kəşfiyyat İdarəsi İraqın şimalında əməliyyat həyata keçirib

Terror təşkilatı PKK/KCK-nın koordinatoru Dıhlaz ləqəbli Hizret Çalkın İraqın şimalında zərərsizləşdirilib.

Milli Kəşfiyyat İdarəsinə (MKİ) terrordan axtarışda olanlar siyahısında boz kateqoriyada yer alan və PKK/KCK-nın İraqla Suriya arasındakı terrorçu axınını koordinasiya edən dırnaqarası səlahiyyətli nümayəndəsi Hizret Çalkının toplantıya qatılacağı barədə məlumat daxil olub. MKİ-nin ərazi kəşfiyyat qrupları tərəfindən yaxından təqib edilən və toplantının keçiriləcəyi yerə qədər addım- addım izlənən terrorist Çalkının başqa terrorçularla bir araya gəldiyi məlum olub.

Terrorçuların İraqın şimalında toplantı sırasında həyata keçirilən əməliyyatda Dıhlaz ləqəbli Çalkınla bərabər yanındakı terrorçular da nöqtə atışı vasitəsilə zərərsizləşdirilib.

Vanda da jandarma qruplarının apardığı araşdırma nəticəsində PKK-nın İraqdakı qondarma komanda komandiri təhlükəsizlik qüvvələrinə təslim olub.

Digər tərəfdən, Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İraqın şimalındakı terror hədəflərinə qarşı həyata keçirilən Pəncə-Qaplan Əməliyyatında komandolar xeyli sayda sığınacaq və mağara aşkarlayıb. Sığınacaq və mağaralarda bölücü terror təşkilatı PKK-ya aid zenit silahı, M-16 piyada tüfəngi və 2 maqazin, bir AT-4 tank əleyhinə silah atıcı, 17 əl istehsalı partlayıcı, qumbara, 15 pulemyot sursatı, 58 minaatan sursat, 15 RPG-7 sursat və 200 kiloqram ammonium nitrat və yanacaq patronu ələ keçirilib.



Әlaqәli Xәbәrlәr