Terrorla mübarizə çərçivəsində PKK üzvü 6 terrorçu zərərsizləşdirilib

Suriyada "Fərat qalxanı" bölgəsinə sızmağa cəhd edən altı PKK/YPG terrorçusu zərərsizləşdirilib.

1529768
Terrorla mübarizə çərçivəsində PKK üzvü 6 terrorçu zərərsizləşdirilib

Suriyada "Fərat qalxanı" bölgəsinə sızmağa cəhd edən altı PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada "Sülh və təhlükəsizlik mühitini pozmaq üçün "Fərat qalxanı" bölgəsinə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirildi" ifadəsi yer alıb. 
Digər tərəfdən, Mardində sığınacaq axtaran ailələrin arasına qarışıb ölkəyə daxil olan, böyük şəhərlərdə sensasiya xüsusiyyətli hücumlara hazırlaşan 3 Suriya vətəndaşı terrorçu həbs edilib. Terrorçuların keçdiyi sərhəd bölgəsində aparılan axtarış zamanı torbada uşaq bezləri arasında gizlənmiş boru tipli bomba ələ keçirilib. 

 Bu arada, Daxili İşlər Nazirliyinin məlumatına görə, davam edən təlqin fəaliyyətləri nəticəsində PKK/KCK-dan qaçan bir terrorçu Kilisdə təhlükəsizlik qüvvələrinə təslim olub. 

Terrorçunun 7 ildir təşkilat daxilində olduğu və Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib. 

Təlqinlər nəticəsində cari il ərzində terror təşkilatı PKK-KCK-dan qaçaraq Türkiyəyə təslim olanların sayı 203-ə çatıb.



Әlaqәli Xәbәrlәr