"Qanuni" qazma gəmisi Qara dənizə yola salındı

Türkiyənin üçüncü qazma gəmisi "Kanuni" İstanbul Haydarpaşa Limanından Qara dənizə yola salındı.

1527210
"Qanuni" qazma gəmisi Qara dənizə yola salındı

Türkiyənin üçüncü qazma gəmisi "Kanuni" İstanbul Haydarpaşa Limanından Qara dənizə yola salındı.
"Kanuni" gəmisinin yola  salınması mərasiminə qatılan Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Qara dənizdə həyata keçirilən fəaliyyətlərlə əlaqədar olaraq, "Fatih qazma gəmisi "Tuna-1" quyusundan sonra Sakarya qaz sahəsindəki "Türkali-1" quyusunda yeni qazma işlərinə başladı və indiyə kimi 2600 metr dərinliyə endik. "Yavuz" gəmisi isə "Selçuklu-1" quyusunda 6 min metr qazma işlərini tamamladı.Müsbət nəticələr əldə etdik və bu ərazinin yaxınlığında yeni qazma fəaliyyətlərimiz olacaq" deyib.
Sakarya qaz sahəsindəki "Türkali-1" quyusu və quyuda aparılacaq testlər ilə mövcud olan ehtiyat və istehsal potensialı haqqında əlavə məlumat əldə olunacağı gözlənir. Ayrıca bu quyudakı tədqiqatlar eyni zamanda sahənin qaz potensialının daha yaxşı müəyyən edilməsinə imkan yaradacaq.
Beləliklə, "Türkali-1" quyusu "Fatih" qazma gəmisinin qazacağı ilk təsbit quyularından biri də olacaq və sahənin texniki xüsusiyyətlərinin aydınlaşdırılmasında mühüm rol oynayacaq.
"Fatih" gəmisi qazın aşkarlandığı Sakarya qaz sahəsindəki təsbit quyularını açarkən "Kanuni" gəmisi quyu testlərini aparacaq və sahəni inkişaf etdirmək üçün lazımi məlumatların əldə edilməsinə imkan yaradacaq.
Türkiyənin Qara dəniz bölgəsindəki fəaliyyətləri daxilində ümumilikdə 40 istehsal quyusu açılacaq.



Әlaqәli Xәbәrlәr