Mövlud Çavuşoğlu Bakıda mәtbuat konfransı tәşkil edib

Mövlud Çavuşoğlu Azərbaycanın paytaxtı Bakıda mətbuat konfransı keçirib.

1526418
Mövlud Çavuşoğlu Bakıda mәtbuat konfransı tәşkil edib

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağda Azәrbaycanla Ermәnistan arasında әldә olunan atәşkәslә bağlı deyib: ‘‘Atәşkәs razılaşmasında Ermәnistanın Baş nazirinin imzası var. Atәşkәsi yenә pozsalar cavabını verәrlәr’’.

Bu barәdә Mövlud Çavuşoğlu Azәrbaycanın paytaxtı Bakıda keçirdiyi mәtbuat konfransında bildirib.

Çavuşoğlu deyib: ‘‘Qәhraman Azәrbaycan ordusu, qardaş Azәrbaycan xalqını vә Prezident İlham Әliyevi tәbrik edirәm.Bu zәfәrdәn sonra Azәrbaycan-Rusiya-Ermәnistan arasında atәşkәsә dair müqavilә imzalandı. Hәr dәfә hücum edәn, atәşkәsi pozan Ermәnistan idi. Azәrbaycan problemin diplomatik yollarla hәll edilmәsinin tәrәfdarı  olduğunu hәr zaman göstәrdi’’.

Mövlud Çavuşoğlu çıxışında Fransanın Ermәnistanı dәstәklәyәrәk sülhlә bağlı göstәrilәn sәylәrә zәrbә vurduğunu ifadә edib.

Nazir Çavuşoğlu Türkiyәnin Rusiya ilә birgә monitorinq mәrkәzi qurması ilә bağlı mәsәlәyә toxunaraq deyib: ‘‘Sәnәd Türkiyәnin milli müdafiә  naziri Hulusi Akar vә Rusiyanın müdafiә naziri Sergey Şoyqu arasında imzalanıb. Rusiyanın müqavilәdәki roluna әhәmiyyәt veririk. Rusiyadan sabah gәlәcәk nümayәndә heyәtlәri ilә mәsәlәni әtraflı şәkildә müzakirә edәcәyik.

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr