Hulusi Akar: "Can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik"

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması müddətində azərbaycanlı qardaşları ilə tək ürək olmağa davam edəcəyini bildirib.

1525229

“Təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran Azərbaycan Türkü qardaşlarımızın zəfərini təbrik edirik. İmzalanan atəşkəs razılaşmasındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin olunması müddətində də can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”, - deyə Hulusi Akar Nazirliyin "Twitter" səhifəsində yazıb.

Әlaqәli Xәbәrlәr