Türkiyә vә Rusiya prezidentlәri Dağlıq Qarabağ mәsәlәsini müzakirә ediblәr

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1523799
Türkiyә vә Rusiya prezidentlәri Dağlıq Qarabağ mәsәlәsini müzakirә ediblәr

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.  Məlumata görə, liderlәr iki ölkә arasındakı münasibәtlәri vә Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan söhbәt zamanı  Ermənistan silahlı qüvvәlәrinin  işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Rәcәb Tayyib Әrdoğan  qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır. Ərdoğan vurğulayıb ki, Ermənistan administrasiyasını sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Әrdoğan hәmçinin bu münaqişənin davamlı şәkildә hәll edilmәsinin vә bölgәdә sabitliyin tәmin edilmәsinin vacibliyini qeyd edib.



Әlaqәli Xәbәrlәr