Zәlzәlә qurbanlarının sayı 105 nәfәrә çatıb

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 105  nəfərə çatıb.

1520933
Zәlzәlә qurbanlarının sayı 105 nәfәrә çatıb

 

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 105  nəfərə çatıb.

Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 1026 nəfər olub, onlardan 144-ü xəstəxana şəraitində müalicə olunur, 883-ü  evə buraxılıb.

İzmirdə axtarış-xilasetmə fəaliyyətləri 17 binadan 13-də tamamlanıb, 4 binada isə davam edir.

Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum zəlzələdən təsirlənən İzmir vilayətinin Bayraklı qəsəbəsində yaranan xəsarət təsbit fəaliyyətlərinin 2 gün ərzində tamamnalacağını bildirib. 



Әlaqәli Xәbәrlәr