Türkiyə Yunanıstanı qeyd-şәrtsiz dialoqa dәvәt etdi

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Şərqi Aralıq dənizindəki seysmik  fəaliyyətlərlə bağlı deyib: "Ölkəmiz beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində bölgədəki fəaliyyətlərini davam etdirəcək".

1519819
Türkiyə Yunanıstanı qeyd-şәrtsiz dialoqa dәvәt etdi

 

Türkiyə Yunanıstanı bir daha  qeyd-şərtsiz dialoqa dəvət etdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Şərqi Aralıq dənizindəki seysmik  fəaliyyətlərlə bağlı deyib: "Ölkəmiz beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində bölgədəki fəaliyyətlərini davam etdirəcək".

Yunanıstanın  Xarici İşlər Nazirliyindən dünən  Türkiyənin Şərqi Aralıq dənizindəki dənizdibi ərazisində apardığı  seysmik fəaliyyətləri ilə əlaqədar əsassız bəyanatların təkrarlandığını bildirən Hami Aksoy Yunanıstanın  hər Navtexdən  (dənizçilərin elanı) sonra  Türkiyənin fəaliyyətlərinə etiraz etməsinin boş yerə göstərilən səy olduğunu qeyd edib.

Aksoy Türkiyənin Yunanıstanla əməkdaşlığa və iki ölkə rasındakı problemlərin dialoq yolu ilə həll etməyə hazır olduğunu ifadə edib.

Aksoy deyib: ''Əlbətdə, ölkəmizin və Şimali Kibrıs Türk Cümhuriyyətinin qanuni haqq və maraqlarını müdafiə etməyə qətiyyətlə davam edəcək".

 



Әlaqәli Xәbәrlәr