İzmir vilayətinin Səfərihisar qəsəbəsi sahillərində 6,6 bal gücündə zəlzələ olub

Zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb. Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.(YENİLƏNDİ)

1518888
İzmir vilayətinin Səfərihisar qəsəbəsi sahillərində 6,6 bal gücündə zəlzələ olub
deprem izmir 2.jpg
izmir deprem.jpg

İzmir vilayətinin Səfərihisar qəsəbəsi sahillərində 6,6 bal gücündə zəlzələ olub. 

Fövqəladə Hallar İdarəsi Agentliyinin (AFAD) məlumatına görə, 6 nəfər həyatını itirib, 202 nəfər yaralanıb. Zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb. Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

İzmir valisi Yavuz Selim Köşger də dağıntılar altından indiyədək təqribən 70 nəfərin xilas edildiyini bildirib. 

İzmirdə Bornova və Bayraklı bölgələrindəki bəzi binalar zəlzələ səbəbiylə dağılıb.
Bayraklı rayonunda zəlzələ nəticəsində dağılmış binanın dağıntılarından 3 nəfər yaralı çıxarılıb.
Seferihisar qəsəbəsində zəlzələ səbəbiylə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində bəzi küçələr su altında qalıb.
Digər tərəfdən,
 Prezident Rəcəb Tayyib Ərdoğan İzmirdəki zəlzələdən təsirlənənlərə keçmiş olsun diləklərini çatdırıb.
Ərdoğan"Dövlətimizin bütün imkanları ilə zəlzələdən təsirlənən vətəndaşlarımızın yanındayıq. Bütün aidiyyəti qurumlarımız və nazirlərimizlə hərəkətə keçdik" deyə bildirib. 
Daxili İşlər naziri Süleyman Soylu "İndiyə qədər İzmir Bornova və Bayraklıda 6 binanın dağıldığı barədə bildiriş gəldi. Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğladaki binalardakı kiçik çatlar xaricində insan itkisi ilə bağlı xəbər yoxdur" açıqlamasını verib. 

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu zəlzələdən sonra nəqliyyat və telekommunikasiya baxımından problem olmadığını bildirib.
Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez İzmirdəki zəlzələdən sonra Nazirliyin ekipajlarının bölgəyə cəlb edildiyini bildirərək "Enerji təchizatı ilə bağlı problem yaşamamaq üçün ekipajlar hadisə mahallarına cəlb olundu" deyib.
İzmir Böyükşəhər Bələdiyyə rəhbəri Tunç Soyer isə təxminən 20 binada dağıntı olduğuna dair bildirib olduğunu bildirib.

İzmir valisi Köşger zəlzələdən sonra verdiyi açıqlamada "Ölən və dağıntılar barədə hələ məlumat yoxdur. Böhran mərkəzinə gedəcəyik,  gələn məlumatları təqdim edəcəyik" deyib.
Bayraklı qəsəbəsində zəlzələ səbəbi ilə dağılan bir binada  axtarış-xilasetmə işlər başlanıb.
Zəlzələ İstanbulda da hiss olunub.
İstanbul valisi Əli Yerlikaya sosial media hesabındakı yazısında "İstanbulda hiss olunan zəlzələ ilə bağlı hər hansı bir mənfilik bildirilmədi. Bütün vətəndaşlarımıza və İzmirə keçmiş olsun" ifadələrindən istifadə edib.
Edirne, Kırklareli və Tekirdağda hiss olunan zəlzələdən sonra səlahiyyətlilər Trakya vilayətlərində baş verən zəlzələ səbəbi ilə onlara gələn mənfi xəbər olmadığını bildiriblər.


Әlaqәli Xәbәrlәr