Rәcәb Tayyib Әrdoğan vә Ersin Tatar birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türk tәrәfinin Kıbrısda әdalәtli vә davamlı hәllin tәrәfdarı olduğunu bildirib.

1516394
Rәcәb Tayyib Әrdoğan vә Ersin Tatar birgә mәtbuat konfransında çıxış ediblәr

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türk tәrәfinin Kıbrısda әdalәtli vә davamlı hәllin tәrәfdarı olduğunu bildirib.
Rәcәb Tayyib Әrdoğan prezident seçkilәrindәn sonra ilk rәsmi sәfәrini Türkiyәyә edәn Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatarla tәkbәtәk keçirdiyi görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edib.

Şәrqi Aralıq dәnizindәki mövcud vәziyyәti qiymәtlәndirәn Әrdoğan 2003-cü ildәn etibarәn Rum-Yunan rәhbәrliyinin bölgәdәki gәrginliyә görә mәsuliyyәt daşıdığını bildirib.

Әrdoğan sözlәrinә belә davam edib: ‘‘Rum (Yunan)  rәhbәrliyi  Kıbrısdakı Türk xalqını bәrabәrhüquqlu  tәrәfdaş olaraq  görmәdiyi üçün karbonhidrogen gәlirlәrinin bölüşdürülmәsi üçün әmәkdaşlıqla bağlı çağırışları cavabsız qoyub’’.

Ersin Tatarı seçkilәrdә әldә etdiyi qәlәbә münasibәtilә bir daha tәbrik edәn Әrdoğan noyabrın 15-dә Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәr edәcәyini  vurğulayıb.

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin yeni seçilmiş prezidenti Ersin Tatar isә öz növbәsindә deyib: ‘‘Bizim heç kimin haqqında gözümüz yoxdur, amma xalqımızın haqq vә hüququna әhәmiyyәt verilmәmәsinә razı olmarıq’’.



 




 



Әlaqәli Xәbәrlәr