Hulusi Akar Qazaxıstanda sәfәrdәdir
Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Qazaxıstan ilә hәm hәrbi tәlim, hәm dә müdafiә sәnayesi mәsәlәlәrindә mövcud münasibәtlәrin artaraq davam edәcәyini söylәyib.
![Hulusi Akar Qazaxıstanda sәfәrdәdir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/685e/6607/1791/5f96aeaed2493.jpg?time=1718898503)
Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Qazaxıstan ilә hәm hәrbi tәlim, hәm dә müdafiә sәnayesi mәsәlәlәrindә mövcud münasibәtlәrin artaraq davam edәcәyini söylәyib.
Qazaxıstana rәsmi sәfәr edәn Hulusi Akar paytaxt Nur Sultanda müdafiә naziri Nurlan Yermekbayev ilә görüşüb.
Daha sonra nazirlәrin rәhbәrlik etdiyi nümayәndә heyәtlәri arasında görüş olub.
Görüşdәn әvvәl bәyanatlar verәn Hulusi Akar deyib: ‘‘Qazaxıstan ilә hәm hәrbi tәlim, hәm dә müdafiә sәnayesi mәsәlәlәrindә mövcud münasibәtlәr artaraq davam edәcәk’’.
Bölgәdәki proseslәrә rәğmәn fürsәt tapıb Qazaxıstana sәfәr edәn Akara tәşәkkür edәn Yermekbayev dә öz növbәsindә deyib: ‘‘Dost vә qardaş ölkәlәr olaraq münasibәtlәrimizi daha da inkişaf etdirmәliyik’’.
Mәlumata görә, heyәtlәr arasında baş tutan görüş mәtbuat üçün qapalı keçirilib.
Hulusi Akar danışıqlardan sonra verdiyi açıqlamada Yermekbayevlә konstruktiv görüş keçirdiklәrini qeyd edib.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718898504)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718898504)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq