Türkiyә Misirin xarici işlәr nazirinә reaksiya göstәrib

Türkiyә  Misirә terror tәşkilatlarının bayraqlarını daşımaq әvәzinә xalqının gözlәntilәrinә cavab vermәsi ilә әlaqәdar çağırış edib.

1515358
Türkiyә Misirin xarici işlәr nazirinә reaksiya göstәrib

Türkiyә  Misirә terror tәşkilatlarının bayraqlarını daşımaq әvәzinә xalqının gözlәntilәrinә cavab vermәsi ilә әlaqәdar çağırış edib.

Bu barәdә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilib.Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Misir xarici işlәr naziri Samih Şükrinin oktyabrın 22-dә Suriya mәsәlәsi ilә bağlı keçirilәn iclasda Türkiyә ilә bağlı verdiyi bәyanatlara reaksiya göstәrib.

Hami Aksoy deyib: ‘‘Suriyada terrorla mübarizә çәrçivәsindә şәhid verәn, 4 milyonadәk suriyalı qaçqına qucaq açan, Suriyanın şimalındakı xalqı terrorçulara qarşı qoruyan vә hәm Astana, hәm Cenevrә prosesinә konkret töhfә verәn ölkәmizә qarşı irәli sürülәn  ittihamlar qәbuledilmәzdir’’.

Hami Aksoy Türkiyәnin Suriyada öz üzәrinә götürdüyü rolun yalnız milli tәhlükәsizliyinin deyil, Suriyanın siyasi birliyinin vә әrazi bütövlüyünün qorunmasının da tәminatı olduğunu vә olmaya davam edәcәyini bildirib.



Әlaqәli Xәbәrlәr