Hulusi Akar: ""Navtex" qərarlarını qarşılıqlı ləğv etdik"

Milli Müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirlərinin toplantısı əsnasındakı təklif nəticəsində "Navtex" elanlarının ləğv edildiyini bildirib.

1514998
Hulusi Akar: ""Navtex" qərarlarını qarşılıqlı ləğv etdik"

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin NATO Müdafiə Nazirlərinin toplantısı əsnasındakı təklif nəticəsində Türkiyə və Yunanıstanın elan etdiyi "Navtex" elanlarını ləğv etmə qərarına gəldiyini bildirib.
Akar yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində videokonfrans üsulu ilə keçirilən NATO Müdafiə Nazirləri toplantısından sonra açıqlama verib.
Hulusi Akar 30 NATO üzvü ölkənin müdafiə nazirlərinin iştirakı ilə reallaşan iki günlük toplantıda regional və qlobal məsələlərlə müdafiə və çəkindirmə məsələlərinin müzakirə edildiyini bildirib.
Görüşdə Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin də müzakirə olunduğunu söyləyən Akar "Sülh və sabitliyin təmin edilməsi üçün hansı addımların atılmasının vacibliyini müzakirə etmə imkanımız oldu. Bizim söylədiyimiz əsas mövzu Cənubi Qafqazdakı sülh və sabitliyin əsas şərti Azərbaycanın torpaqlarından çıxması və buranı tezliklə tərk etməsidir. Çıxışlar zamanı da bu fikri dilə gətirdik" deyib. 
Türkiyənin Azərbaycanın yanında olduğunu, haqlı mübarizəsində Azərbaycana dəstəyini bir daha dilə gətirdiklərini dilə gətirən Akar yığıncaqda müzakirə olunan digər əhəmiyyətli mövzunun isə Egey və Aralıq dənizindəki vəziyyət olduğunu bildirib. 



Әlaqәli Xәbәrlәr