Mövlud Çavuşoğlu: "Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və sahədə dəstəkləyəcəyik"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və sahədə dəstəkləyəcəklərini söyləyib.

1508263
Mövlud Çavuşoğlu: "Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və sahədə dəstəkləyəcəyik"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və sahədə dəstəkləyəcəklərini söyləyib.

Çavuşoğlu paytaxt Ankarada səfərdə olan isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında açıqlama verib. 

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuzda törətdiyi təxribat, eyni zamanda mülki əhaliyə qarşı hücumlar barədə Lindeni məlumatlandırıb.

Nazir Çavuşoğlu deyib “İsveçli həmkarım Ann Linde ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətlə əlaqədar fikir mübadiləsi apardıq. Türkiyə olaraq bu günə qədər münaqişənin sülh yolu ilə həllini dəstəklədiyimizi bəyan etmişik. Lakin bu cəhdlərin nəticəsiz qalması Ermənistanı daha da cəsarətləndirdi. Ermənistan xüsusilə azərbaycanlı mülki əhalini hədəf alır. Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Mülki əhali arasında xeyli sayda itki var. Həmsədrlər münaqişəni həll etmək üçün bu günə qədər konkret bir addım atmayıblar. Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var. Bu təklifi bu gün gündəmə gətirdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir. Artıq bu istiqamətdə addım atmağımız lazımdır. Münaqişənin həllinin tək yolu Ermənistanın Azərbaycan torpaqlarından çıxmasıdır. Biz bunu dəfələrlə bildirmişik. Biz həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəklədiyimizi dedik. Bu gün də bunu deyirik.

Türkiyənin terrorla mübarizə çərçivəsində sərhəddən kənardakı əməliyyatlara da toxunan Çavuşoğlu kürdlərə deyil, terrorçulara qarşı mübarizə aparıldığını vurğulayıb. 

Məqsədlərinin Suriyanı bölmək olmadığını qeyd edən nazir Suriyanı bölmək istəyənin terror təşkilatı PKK olduğunu. təşkilata dəstək olan qərb ölkələrinin isə ikiüzlü davrandıqlarını ifadə edib. 

İsveçin Xarici İşlər naziri Linde də Dağlıq Qarabağa işarə edərək, "Nə qədər də atəşkəs əldə olunsa da davam edən toqquşmalardan dərin narahatlıq duyuruq. Tərəfləri bu toqquşmaları dayandırmağa və razılıq əldə etməyə çağırıq" deyib. 



Әlaqәli Xәbәrlәr