Hulusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub

Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

1507566
Hulusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub

Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Milli Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, Hulusi Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.

Nazir Akar bildirib ki, atəşkəsə baxmayaraq, mülki əhaliyə və obyektlərə hücum edən Ermənistan buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalıdır: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq".

Hulusi Akar həmçinin Türkiyənin Suriya İdlibdə sülh və sabitliyin təmini üçün 5 mart tarixində Rusiya ilə qəbul edilən razılaşmaya uyğun olaraq öhdəliklərini yerinə yetirdiyini söyləyib.
Günahsız insanların könüllü və təhlükəsiz şəkildə evlərinə qıyada bilmək üçün Türkiyənin əlindən gələn cəhdi göstərməyə davam etdiyini vurğulayıb.
Akar Türkiyə ilə Liviya arasında 500 illik tarixi dostluq, qardaşlıq əlaqələrinin olduğunu, Türkiyənin bölgədə sabitlik olması üçün əlindən gələn səyi səy göstərməyə davam edəcəyini, BMT Təhlükəsizlik Şurasının əlaqədar qərarları daxilində sabit, müstəqil və suveren bir Liviyanı dəstəklədiyini bildirib.

 



Әlaqәli Xәbәrlәr