Türkiyә Ermənistanın Gəncəni bombalamasını qınayıb

Xarici İşlәr Nazirliyi Ermәnistanın mülki vәtәndaşları hәdәf alaraq Gәncә şәhәrinә etdiyi hücumla bağlı bәyanat yayıb.

1502467
Türkiyә Ermənistanın Gəncəni bombalamasını qınayıb

Türkiyәnin Xarici İşlәr Nazirliyi Ermənistanın Gəncəni bombalamasını qınayıb.

Xarici İşlәr Nazirliyi Ermәnistanın mülki vәtәndaşları hәdәf alaraq Gәncә şәhәrinә etdiyi hücumla bağlı bәyanat yayıb.

Nazirlikdәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinləri hədəf alan bugünkü hücumu Ermənistanın hüquq tanımayan mövqeyinin növbəti təzahürüdür. Bu təcavüzü pisləyirik. İşğal etdiyi Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşən Ermənistan başda Cenevrə Konvensiyası olmaqla humanist hüququn bütün prinsiplərini pozaraq işğal etdiyi bölgələrdən yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar Ermənistanın üzləşdiyi çarəsizliyin və işğalın davam etdirilməsi üçün insanlığa qarşı cinayətlər törətməkdən çəkinməyəcəyinin göstəricisidir. Hərbi əməliyyatların başladığı ilk gündən bildirdiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyin qarşısındakı ən böyük əngəldir’’.

Türkiyәnin Azәrbaycana olan dәstәyinin bir daha vurğulandığı bәyanatda hәmçinin vurğulanıb ki, Ermənistanın təxribatlarına uymayacağını, beynəlxalq hüququn təməl prinsiplərindən qaynaqlanan legitim özünümüdafiə haqqını beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində istifadə etdiyini və dinc əhaliyə zərər gəlməməsi üçün mümkün olan bütün cəhdləri göstərməkdə olduğunu bəyan edən Azərbaycanın mövqeyini dəstəkləyirik.



Әlaqәli Xәbәrlәr