İbrahim Kalın Robert Obrayn ilə telefonla danışıb

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Robert Obrayn telefonla danışıb.

1499730
İbrahim Kalın Robert Obrayn ilə telefonla danışıb

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Robert Obrayn telefonla danışıb.
Prezident Aparatı mətbuat xidmətindən verilən açıqlamaya görə, telefon söhbətində ikitərəfli münasibətlər, Ermənistanın Azərbaycana hücumları, Şərqi Aralıq dənizindəki  vəziyyət və regional məsələlər müzakirə edildib.
Görüşdə Türkiyənin Azərbaycanın ərazi bütövlüyünu və müstəqilliyini dəstəkləməyə davam edəcəyi, regional sülh vəsabitliyin təmin edilməsi üçün Ermənistanın Dağlıq Qarabağ və ətrafda işğal edilmiş ərazilərdən geri çəkilməsinin şərt olduğu bildirilib.
Söhbət zamanı Ermənistanın Azərbaycana hücumlarını sona çatdırması və BMT TŞ və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) qərarları çərçivəsində addım atmasının vacibliyi dilə gətirilib. Şərqi Aralıq dənizi mövzusunda isə, ABŞ-ın balanslı və qərəzsiz rol oynamasına dair gözlənti səsləndirilib.
Görüş zamanı Türkiyənin icraedici mövqeyi sayəsində reallaşan dialoq prosesinin cavabsız qoyulmamasının və dəstəklənməsinin regional sülhə töhfə verəcəyi vurğulanıb və Türkiyə ilə ABŞ arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti dilə gətirilib. 



Әlaqәli Xәbәrlәr