Rәcәb Tayyib Әrdoğan Şәrqi Aralıq dәnizi ilә bağlı paylaşım edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  rәsmi ‘‘Twitter’’ sәhifәsindә Türkiyәnin Şәrqi Aralıq dәniziylә bağlı yürütdüyü siyasәt haqqında paylaşım edib.

1498953

Әrdoğan paylaşımında Türkiyәnin Şәrqi Aralıq dәnizi ilә bağlı yürütdüyü siyasәtinin iki әsas tәmәl üzәrindә yüksәldiyini bildirib. Әrdoğan deyib: ‘‘Dәniz yurisdiksiyasının beynәlxalq hüquqa uyğun olaraq әdalәtli bir şәkildә mәhdudlaşdırılaraq dәnizdibi әrazimizdәki suverenlik hüquqlarımızın qorunması, Kıbrısdakı türklәrin adadakı karbonhidrogen ehtiyatları üzәrindәki haqq vә maraqlarının zәmanәt altına alınmasıdır’’.

Prezident Rәcәb Tayyib Әrdoğan paylaşımında hәmçinin bildirib ki, heç kimin haqqında gözümüz yoxdur vә öz hüquqlarımızı müdafiә etmәyә davam edәcәyik. Şәrqi Aralıq dәnizindә tәhdid, tәzyiq vә şantaja boyun әymәyәcәyik.

Әlaqәli Xәbәrlәr