İbrahim Kalın: ''Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır''

Türkiyə Ermənistanın Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə qarşı başlatdığı hücumlara reaksiya göstərib.

1497982
İbrahim Kalın: ''Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır''

Türkiyə Ermənistanın Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə qarşı başlatdığı hücumlara reaksiya göstərib.

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın məsələ ilə bağlı rəsmi ''Twitter' səhifəsində bəyanat verib. Bəyanatda deyilir: ''Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırılmasını tələb etməlidir.Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də rəsmi ''Twitter'' səhifəsində etdiyi paylaşımda Ermənistanın Azərbaycana qarşı hücumlarını sərt şəkildə qınadığını ifadə edib. Paylaşımda bu ifadələrə yer verilib: ''Ermənistan bir daha hüquqa zidd təxribat törətdi. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da rəsmi ''Twitter'' səhifəsində etdiyi paylaşımda bildirib ki, Ermənistan təkcə Azərbaycan üçün bir təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islah olunmaz bir terror dövlətidir.



Әlaqәli Xәbәrlәr