Hulusi Akar: ''Ermənistanın alçaq hücumunu pisləyirik''

“Ermənistanın alçaq hücumunu pisləyirik. Ərazi bütövlüyünü müdafiə mübarizəsində sonunadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.

1498022
Hulusi Akar: ''Ermənistanın alçaq hücumunu pisləyirik''

 

“Ermənistanın alçaq hücumunu pisləyirik. Ərazi bütövlüyünü müdafiə mübarizəsində sonunadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.

Bu sözləri  Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Hulusi Akar bildirib ki, Qafqazda sülh və sabitliyin ən böyük əngəli Ermənistanın təcavüzkar mövqeyidir.

Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay da  Ermənistanın son təxribatı ilə bağlı rəsmi ''Twitter'' səhifəsində bəyanat yayıb.

Bəyanatda deyilir: ''Ermənistanın  bu gün səhər radələrində Azərbaycana qarşı alçaq hücumunu lənətləyirəm. Ermənistan hüquqdan, verilmiş sözdən, atəşkəsdən nə anladığını bir daha bütün dünyaya göstərdi. Türkiyə  azərbaycanlı qardaşlarının yanındadır''. 

 



Әlaqәli Xәbәrlәr