Erməni hərbi bölmələri TRT-nin əməkdaşlarını hədəfə alıb

Erməni hərbi bölmələri “TRT Haber” və “Anadolu Agentliyi''nin əməkdaşlarının olduğu nöqtəyə minaatandan atəş açıb.

1498003
Erməni hərbi bölmələri TRT-nin əməkdaşlarını hədəfə alıb

Erməni hərbi bölmələri “TRT Haber” və “Anadolu Agentliyi''nin əməkdaşlarının olduğu nöqtəyə minaatandan atəş açıb.

Erməni hərbi bölmələrinin  “TRT Haber” və “Anadolu Agentliyi''nin əməkdaşlarını hədəf aldığı bildirilib.

Məlumata görə, mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Hadisə nəticəsində yaralıların olmadığı bildirilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.



Әlaqәli Xәbәrlәr