Türkiyә vә Fransa prezidentlәri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

1495557
Türkiyә vә Fransa prezidentlәri arasında telefon danışığı olub

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtinin mәlumatına әsasәn, görüş qarşı tәrәfin tәlәbi ilә hәyata keçirilib. Söhbәt zamanı Türkiyə-Fransa və Türkiyə-Avropa İttifaqı ölkələri arasında əlaqələr, eləcə də Aralıq dənizinin şərqində baş verən son hadisələr başda olmaqla, bölgədəki məsələlər müzakirə edilib.

Prezident Әrdoğan görüşdә Şәrqi Aralıq dәnizindәki gәrginliyin sәbәbinin Türkiyәnin vә Kıbrısdakı (Kipr) türklәrin bölgәdәki qanuni hüquqlarına әhәmiyyәt verilmәmәsi olduğunu ifadә edәrәk Fransanın Yunanıstan vә Cәnubi Kıbrıs Rum Rәhbәrliyinin gәrginliyin sәviyyәsini artıran iddia vә addımlarını dәstәklәmәsinә bir mәna verә bilmәdiyini bildirib.

Türkiyәnin heç kimin haqqında gözünün olmadığını ancaq öz hüquqlarını da sonunadәk müdafiә etmәyә davam edәcәyini vurğulayan Әrdoğan hәr zaman olduğu kimi bu gün dә problemlәrin hәll edilmәsi üçün dialoq vә әmәkdaşlığı müdafiә etdiklәrini vurğulayıb.

Gәrginliyin artmaması üçün diplomatiya fürsәtlәrinin qiymәtlәndirilmәsi vә davam etdirә bilәcәk  müzakirә proseslәrinin hәyata keçirilmәsinin vacibliyini vurğulayan Әrdoğan bütün problemlәri müzakirә yolu ilә hәll etmәk istәdiklәrini dilә gәtirib.

Rәcәb Tayyib Әrdoğan bu proses әrzindә Fransadan konstruktiv mövqe nümayiş etdirmәsini gözlәdiklәrini, Türkiyә-Fransa arasında müzakirә mexanizminin davamlı olaraq davam etdirilmәsinin әhәmiyyәtini qeyd edib.



Әlaqәli Xәbәrlәr