Antalya ''Covid-19'' dövründә әn çox üstünlük verilәn şәhәrlәrdәn biri olub

Bu barәdә Antalya valisi Ersin Yazıcı mәlumat verib.

1495215
Antalya ''Covid-19'' dövründә әn çox üstünlük verilәn şәhәrlәrdәn biri olub

 

Antalya yeni növ koronavirus dövründә әn çox üstünlük verilәn  şәhәrlәrdәn biridir.

Bu barәdә Antalya valisi Ersin Yazıcı mәlumat verib. Mәlumata әsasәn, Ersin Yazıcı Finlandiyanın Türkiyәdәki sәfiri Ari Maki ilә görüşüb.

Ersin Yazıcı görüşdә bildirib ki, bu proses әrzindә Antalya әn çox üstünlük verilәn şәhәrlәrdәn biri oldu. Antalyaya gündә 40 min turist gәldi.Ümid edirik ki, virusdan sonra bu rәqәm daha da artar.

Sәfir Maki isә öz növbәsindә  epidemiyadan әvvәl Helsinki-Antalya vә Qaziantep hava limanları arasında  yay vә qış mövsümlәrindә birbaşa uçuşların olduğunu xatırladaraq epidemiya sәbәbindәn bu uçuşların tәxirә salındığını deyib.

Tәxminәn 3 min Finlandiya vәtәndaşının Alanya vә Sidedә yaşamaya üstünlük verdiyini bildirәn Ari Maki uçuşların başlaması ilә bu rәqәmin daha da artacağını tәxmin etdiklәrini deyib.

 



Әlaqәli Xәbәrlәr