Prezident Rəcəb Tayyib Ərdoğan problemlərin həllinə və dialoqa çağırıb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyəti Dövlətinin 2 min illik tarixi olan köklü və qədim bir dövlət olduğunu bildirib.

1493820
Prezident Rəcəb Tayyib Ərdoğan problemlərin həllinə və dialoqa çağırıb

"Türkiyə Cümhuriyyəti Dövləti 2 min illik tarixi olan köklü və qədim bir dövlətdir".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında həll və dialoqu vurğulayan paylaşmasında deyib.
Ərdoğan səmimi olan hər çağırışa qulaq asaraq, diplomatiya üçün imkan yaratmaq və problemləri hər kəsin qazana biləcəyi dialoq yolu ilə həll etmək niyyətində olduqlarını bildirib.
Ərdoğan "Türkiyə Cümhuriyyəti iki min illik tarixə sahib köklü və qədim dövlətdir. Ləyaqətli və yetkin şəkildə apardığımız bütün proseslər sayəsində israrlı təxribatlara əhəmiyyət vermirik. Mümkün diplomatiya sahələrini, problemləri dialoq yolu ilə təmin etmək üçün bütün çağırışlara qulaq asırıq. Hər kəsin qazana biləcəyi bir həll yolu tapmaq niyyətindəyik, bu baxışımızla ölkəmizin bir damla suyu və bir qarış torpağını sona qədər müdafiə etməyə davam edəcəyik" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr