Hakkaridə PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib
Hakkari vilayəti ərazilərində terror təşkilatı PKK-lı iki terrorçu zərərsizləşdirilib.
Hakkari vilayəti ərazilərində terror təşkilatı PKK-lı iki terrorçu zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin açıqlamasında "İldırım-2 Cilo" əməliyyatı çərçivəsində Hakkari vilayəti ərazilərində Vilayət Jandarma Komandanlığı və Vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən birgə əməliyyat həyata keçirildiyi bildirilib. Açıqlamada havadan dəstəklənən əməliyyatda iki terrorçunun silahları ilə zərərsizləşdirildiyi bildirilib və bölgədəki əməliyyatın davam etdirildiyi də qeyd olunub.
Daxili İşlər naziri Süleyman Soylu əməliyyatla əlaqədar "Twitter" hesabında "İldırım əməliyyatları ildırım kimidir. Hakkaridən daha xəbər gəldi. Təbriklər qəhrəmanlar. Allah sizi qorusun, ayağınıza daş dəyməsin" ifadələrini yazıb.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.