Ərdoğan: "Türkiyənin şantaja baş əyməyəcəyi başa düşüldü"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizində şantaj və təhdidə baş əyməyəcəyinin mövzunun tərəfmüqabilləri tərəfindən başa düşüldüyünü söyləyib.

1492534

Ərdoğan Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən Dövlət Qürur Medalı Mərasimində etdiyi çıxışda "Şərqi Aralıq dənizində istifadə olunan təhdid dilinin xeyrinin olmadığı, Türkiyənin şantaja, banditizmə baş əyməyəcəyi mövzusunun tərəfmüqabillər tərəfindən başa düşüldü" deyib.
Prezident Ərdoğan "Aralıq dənizində ən uzun sahil xəttinə sahib olan ölkəmizin sahillərinə həbs edilməsinə icazə verməyəcəyik. Şərqi Aralıq dənizi qarşı tərəfin təxribatlarına və uşaq kimi davranışlarına baxmayaraq, həmişə haqlı və böyük bir dövlət olmağın ləyaqəti ilə hərəkət etdik" ifadəsindən istifadə edib. 
Türkiyənin terrorla mübarizəsinə də toxunan Ərdoğan "Biz millətin birliyinə, bərəbərliyinə qəsd edənlərin tökdükləri tökdükləri qanın qisasını alırıq və bunu davam etdirəcəyik. Dağdakı qatil sürülərinin başlarını qaldırmalarına necə imkan vermiriksə onların şəhərdəki qollarına da eləcə" deyib.

Әlaqәli Xәbәrlәr