Prezident Ərdoğan Makrona reaksiya verib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə üçün doğrusu, xeyirlisi, yaxşısı nə isə onu etməyə davam edəcəklərini bildirib.

1492453
Prezident Ərdoğan Makrona reaksiya verib

"Türkiyə üçün doğrusu, xeyirlisi, yaxşısı nə isə onu etməyə davam edəcəyik". 
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında Genişləndirilmiş Vilayət sədrləri yığıncağında deyib.
Prezident çıxışında Avropa və ABŞ demokratiya və iqtisadiyyatda yerlə-yeksan olsa belə özlərinin Türk Millətini hər sahədə inkişaf etdirməyə davam edəcəklərini söyləyib.:
"Biz özümüz kimi bütün dostlarımız və qardaşlarımız üçün eyni mübarizəni aparmaqda qətiyyətliyik. Bu modelin adı Türkiyədir. Millətimizin dəstəyi ilə ölkəmizin marağına, xeyrinə olanı həyata keçirməyə davam edəcəyik".
Prezident Türkiyənin xarici siyasətinə də toxunaraq deyib:
"Əgər Türkiyə tamamilə kənarda dayansa Suriya sülhə, dincliyə və azadlığa qovuşarmı? Türkiyə tələni gözdən yayındırsa Şimali İraq terrordanmı təmizlənər? Türkiyə hər şeydən vaz keçsə Fransa kifayətsiz, radikal siyasətindən yayınarmı? Belə bir vəziyyətdə bölgədə hesabı olan dövlətlər hər şeyi bir kənara qoyub gedəcəklərmi? İqtisadi tələlər quranlar bizə dəstək olacaqmı? Bunlara "bəli" deyilirsə izlədiyimiz siyasəti gözdən keçirmək də bizim üçün vacib olar".



Әlaqәli Xәbәrlәr