Hulusi Akar Liviya Hәrbi Dәniz Donanmasının komandanını qәbul edib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Türkiyәnin BMT tәrәfindәn tanınan Liviyadakı qanuni hökumәtin yanında olduğunu söylәyib.

1490412
Hulusi Akar Liviya Hәrbi Dәniz Donanmasının komandanını qәbul edib

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Türkiyәnin BMT tәrәfindәn tanınan Liviyadakı qanuni hökumәtin yanında olduğunu söylәyib.

Hulusi Akar Liviya Hәrbi Dәniz Donanmasının komandanı, general-mayor Abdulhakim Abuhuliyanı qәbul edib.

Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, Akar qonaq komandanı nazirlikdә qәbul edib. Görüşdә sülh vә davamlı sabitliyi tәmin etmәk mәqsәdilә BMT tәrәfindәn tanınan Liviyadakı qanuni hökumәtin yanında olduqlarını vurğulayan Hulusi Akar  Türkiyәnin liviyalı qardaşlarına hәrbi vә tәhlükәsizlik sahәlәrindә tәlim keçmәyә davam edәcәyini bildirib.

Türkiyәnin әrazi bütövlüyünә vә siyasi birliyi tәmin olunmuş, liviyalılar tәrәfindәn dәstәklәnәn suveren bir Liviyanı dәstәklәdiyini dilә gәtirәn Hulusi Akar ‘‘Liviya liviyalılarındır’’ ifadәsini işlәdib.



Әlaqәli Xәbәrlәr