Prezident Rəcəb Tayyib Ərdoğan Makrona reaksiya verib

Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona reaksiya verib.

1489441
Prezident Rəcəb Tayyib Ərdoğan Makrona reaksiya verib

Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona reaksiya verib.
Ərdoğan Demokratiya və Azadlıq Adasında təşkil edilən Qəyyumluqdan Demokratiyaya Milli İradə simpoziumunda "Cənab Makron sənin şəxsimlə hələ çox problemin olacaq. Sənin (Makron) tarix haqqında məlumatın yoxdur. Sən Fransanın tarixini də bilmirsən. Əvvəl Türk milləti ilə, Türkiyə ilə uğraşma" deyib.
Prezident Ərdoğan çıxışında Aralıq dənizində gərginliyi artıran Yunanıstana da müraciət edərək deyib:
"(Yunanıstan) Yeri gəldiyi zaman "qonşu, qonşu, qonşu" deyirsən. Eləsə qonşuluq haqqını ver. Səhv yollara üz tutma. Tamamilə tək qalarsan. Türkiyə özünə kifayət edən bir ölkədir. Artıq Beynəlxalq Valyuta Fondu deyə bir qapımız yoxdur, bu ölkənin öz imkanları özünə kifayət edir".



Әlaqәli Xәbәrlәr