Türkiyə Ərəb Dövlətləri Liqasının qərarlarını rədd etdiyini bildirdi

Türkiyə Ərəb Dövlətləri Liqası (Ərəb Liqası) Şurasının iclasında qəbul edilən qərarları tamamilə rədd etdiyini bildirdi.

1488275
Türkiyə  Ərəb Dövlətləri Liqasının qərarlarını rədd etdiyini bildirdi

Türkiyə Ərəb Dövlətləri Liqası Şurasının Xarici İşlər nazirləri səviyyəsində keçirilən onlayn formatındakı iclasında qəbul edilən qərarları tamamilə rədd etdiyini bildirdi.
Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında bəzi Ərəb Dövlətləri Liqası üzvlərinin öz dağıdıcı gündəm və fəaliyyətlərini ört-basdır etmək məqsədilə Türkiyə əleyhinə davam etdirdikləri əsassız ittihamlarını Ərəb Dövlətləri Liqasının sentyabrın 9-da keçirilən iclasının gündəminə də saldıqları qeyd edilib.
"Həmin yığıncaqda ölkəmizlə əlaqəli qəbul edilən qərarları tamamilə rədd edirik. Bu qərarlarla əlaqədar ciddi qəbul ediləcək bir şey yoxdur. Çünki ölkəmizin ərəb ölkələrinin ərazi bütövlüyü və siyasi birliklərinə və bölgənin sabitliyinə böyük əhəmiyyət verdiyi və bu qərarların arxasındakı rəhbərliklərin əksinə olaraq onları qorumağa səy göstərdiyi məlumdur" deyə XİN-in açıqlamasında vurğulanıb.
Açıqlamada həmçinin "Suriyanı dağıtmağa cəhd göstərən və İraqın suverenliyini təhdid edən terrorçuları dəstəkləyən, Yəmənin tar-mar olmasına səbəb olan, Liviyada qiyamçıların yanında yer alan, öz maraqları naminə Sudanda sabitliyin bərpasını riskə edən və insanlıq üçün faciələrə səbəb olan terrorçuları dəstəkləyən bütün rejimlərin əleyhdəki cəhdlərinə baxmayaraq Türkiyə bölgədə sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv mövqeyini qətiyyətli şəkildə davam etdirəcək" ifadəsi işlədilib.
Açıqlamada bu rəhbərliklərin Fələstin davasını gözdən yayındırdıqları, Fələstində iki dövlətli həll səyləri ilə ortaq ərəb mövqeyini təxrib edən cəhdlərlə bağlı Ərəb Dövlətləri Liqasının qərar qəbul etməsinə mane olduqları və ərəb xalqları tərəfindən ibrətamiz şəkildə izlənildiyi vurğulanıb.
Açıqlamada o da bildirilib ki, Ərəb Birliyini bir daha ölkəmizə düşmən olan bəzi üzvlərinin rəhbərliyi altında hərəkət etmək əvəzinə bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsində müsbət rol oynamağa dəvət edirik.



Әlaqәli Xәbәrlәr