Türkiyə Tunisdə törədilən terror aktını qınadı

Türkiyə Tunisin Suse şəhərində təhlükəsizlik nəzarət məntəqəsinə edilən və terror təşkilatı DEAŞ-ın üzərinə  götürdüyü terror aktını qınayıb.

1486849
Türkiyə Tunisdə törədilən terror aktını qınadı

Türkiyə Tunisin Suse şəhərində təhlükəsizlik nəzarət məntəqəsinə edilən və terror təşkilatı DEAŞ-ın üzərinə  götürdüyü terror aktını qınayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasında hücum nəticəsində bir nəfərin öldüyünü və bir nəfərin ağır yaralandığını böyük kədərlə öyrənildiyi ifadə edilib.
Açıqlamada "Bu dəhşətli hücumda həyatını itirən təhlükəsizlik işçilərinə Allahdan rəhmət diləyirik, yaralanan vəzifəliyə təcili şəfa və qardaş Tunis xalqına başsağlığı diləyirik" ifadələri işlədilib.
Qeyd edək ki, Tunisdə bazar günü paytaxtın təxminən 150 kilometr cənubundakı turistik Suse əyalətində keşik çəkən Milli Qvardiya komandası arxadan bir maşın tərəfindən vurulub və təcavüzkarlar bıçaqla təhlükəsizlik qüvvələrinə hücum ediblər. Hadisə zamanı bir polisin öldüyü və bir nəfərin yaralandığı açıqlanıb.



Әlaqәli Xәbәrlәr