Ərdoğan: “İki ölkə arasındakı dialoq bölgədə bir çox problemin həllində böyük əhəmiyyət daşıyır”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən toplantısında iştirak edib.

1487167
Ərdoğan: “İki ölkə arasındakı dialoq bölgədə bir çox problemin həllində böyük əhəmiyyət daşıyır”

"Türkiyə, İran və regiondakı digər ölkələrlə bərabər həmrəylik nümayiş etdirərək pandemiya təhlükəsini birlikdə dəf edəcəyimizə inanıram, bu mübarizədən daha güclü dövlətlər olaraq qələbə ilə çıxmağı arzu edirəm”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən toplantısında bildirib.

Ərdoğan yeni növ koronavirus pandemiyasının çətinlikləri aradan qalxdıqda hər iki ölkənin əvvəlki səviyyədə sıx əməkdaşlıq edəcəyinə əmin olduğunu vurğulayıb.

Ərdoğan deyib: “Pandemiyanın ilk mərhələsində tibbi ləvazimatlarla İranın yanında olduğumuzu bir daha sübut etdik. Türkiyə, İran və regiondakı digər ölkələrlə bərabər həmrəylik nümayiş etdirərək pandemiya təhlükəsini birlikdə dəf edəcəyimizə inanıram, bu mübarizədən daha güclü dövlətlər olaraq qələbə ilə çıxmağı arzu edirəm”.

Prezident Ərdoğan Türkiyə-İran Əməkdaşlıq Şurasının növbəti toplantısında ikitərəfli və regional əlaqələr, beynəlxalq münasibətlər səviyyəsində aparılan müzakirələrdən sonra verilən qərarların  iki ölkə arasında münasibətləri daha da sürətləndirəcəyinə ümid etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr